ABŞ-da kişi yoldan keçənlərə atəş açıb – ölən və yaralılar var

ABŞ-ın Nyu-York şəhərində atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Bu barədə CNN Nyu-Yorkun Polis Departamentinə istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, silahlı şəxs nömrələri olmayan skuterlə hərəkət edib. O, Kuins və Bruklində beş fərqli yerdə atəş açıb.

Atışma nəticəsində 87 yaşlı kişi ölüb. 21 və 63 yaşlı zərərçəkənlərin çiynindən, 44 yaşlı digər şəxs isə yanağından yaralanıb.

Atəş açan şəxs saxlanılıb. Polis onun 25 yaşında olduğunu və silah gəzdirdiyini bildirib. Hücumların motivi məlum deyil. Ehtimal edilir ki, onun konkret hədəfi olmayıb.