Lejbədinli kəndinin ərazisindəki daş karxanalarının fəaliyyətinə qarşı etiraz aksiyası keçirilib – FOTO
Marneuli bələdiyyəsinin Lejbədinli kəndində etiraz aksiyası keçirilib.
Belə ki, sakinlər kənd ərazisindəki daş karxanalarının fəaliyyətinə etiraz edirlər. Kəndlilər daş karxanalarının onlara məxsus otlaq sahələrini zəbt etdiyini, çayın məcrasını dəyişərək kəndi suvarma suyundan məhrum qoyduğunu bildirirlər.
Yerli kənd sakinlərin sözlərinə görə, hazırda kənd ərazisində doqquzuncu daş karxanasının tikilməsinə başlanılıb.
Onu da bildirək ki, Marneuli şəhər şurasının Kürtlər və Qullar ərazi vahidliyi üzrə deputatı Omar İrişov da aksiya keçirilən əraziyə gəlib. O, daş karxanalarından lisenziya və fəaliyyət göstərməli olduqları sahə ilə bağlı sənədlərin tələb ediləcəyini, kəndə məxsus torpaq sahəsinin zəbt edilməsinin qarşısının alınacağını deyib.