“İŞİD”-ə üzv olmaq ittihamı ilə iki Gürcüstan vətəndaşı saxlanılıb – FOTO
Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində iki Gürcüstan vətəndaşı saxlanılıb.
Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd edilib ki, DTX Gürcüstanın iki rayonunda eyni vaxtda dörd yerdə xüsusi əməliyyat keçirib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində üzərində “İŞİD” terror təşkilatının rəmzləri olan bayraqlar və müxtəlif növ elektron məlumat daşıyıcı qurğular götürülüb.
Bundan əlavə, saxlanılanların yaşayış yerlərindən döyüş sursatı, partlayıcı qurğular və partlayıcı maddələr aşkarlanıb.
Məlumat üçün onu da bildirək ki, Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən Cinayət Məcəlləsinin 327 və 236-cı maddələri ilə araşdırma aparılır.