Ruslar Batumidə aksiya ilə qarşılandı – FOTO

Rusiyalı turistləri daşıyan kruiz layneri “Astoria Grande”nin Batumi limanına növbəti səfəri də etirazla qarşılanıb.

Türkiyənin Trabzon limanından yola düşən gəmi saat 06 radələrində Batumi limanına çatıb. Layneri gecə saatlarından etibarən etiraz aksiyası keçirən, əllərində Gürcüstan və Ukrayna bayraqları, həmçinin müxtəlif plakatlar tutan aksiyaçılar qarşılayıblar. Aksiya zamanı polislə qarşıdurma olduğu, təxminən 10 nəfərin saxlanıldığı bildirilir.