Tbilisidə Ədliyyə Evinə bomba qoyulması ilə bağlı zəng daxil olub
Tbilisidə fəaliyyət göstərən Ədliyyə Evinə bomba qoyulması ilə bağlı naməlum zəng daxil olub.
Məlumatın daxil olmasından dərhal sonra binada həyəcan siqnalı işə düşüb, qurumun əməkdaşları və vətəndaşlar təcili binadan təxliyə ediliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.