Hərbçilər sürüşmə zonasında axtarışlara cəlb ediliblər – VİDEO

Müdafiə Qüvvələrinin hərbçiləri Oni bələdiyyəsində sürüşmə zonasına cəlb ediliblər.

Xüsusi avadanlıqlarla təmin edilmiş hərbçilər axtarış-xilasetmə əməliyyatlarında iştirak edəcəklər.

Axtarışlara xilasedicilərlə yanaşı könüllülər də qoşulub.

İtkin düşənlər arasında uşaqların da olduğu bildirilir.

Qeyd edək ki, artıq 11 nəfərin meyiti torpaq kütləsinin altından çıxarılıb, 25 nəfərin isə itkin düşdüyü bildirilir.

Təbii fəlakətin baş verməsinin üzərindən artıq 1 sutkadan artıq vaxt keçib.