İlham Əliyev Qaribaşviliyə başsağlığı verib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Baş nazir İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Baş nazir,

Şovi kurort bölgəsində baş vermiş güclü torpaq sürüşməsi nəticəsində insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.