Azərbaycanda tanınmış bloger yol qəzasına düşüb

Azərbaycanda tanınmış bloger Nicat Şakirli ağır yol qəzasına düşüb.

Bildirilir ki, qəza zamanı avtomobildə 2 nəfər olub.

Belə ki, Bakının Nizami rayonu, Heydər Əliyev prospektində bloger Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb.

Hadisə nəticəsində xəsarət alan Nicat Şakirli (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Fəxri Rüstəmov (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

Qəza nəticəsində 1 həkiməqədər ölüm qeydə alınıb.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan Nicat Şakirli sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan blogerdir.