Torpaq sürüşməsində ölənlərin sayı 26 nəfərə çatıb
Torpaq sürüşməsinin baş verdiyi Oni bələdiyyəsində daha bir nəfərin meyiti tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Xatırladaq ki, avqustun 3-də Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş təbii fəlakətlə əlaqədar avqustun 7-də Gürcüstanda matəm günü elan edilib.