Tranzit və daxili tranzit nömrələri dəyişdirilir – FOTO

Nəqliyyat vasitələrinin tranzit və daxili tranzit nömrələri dəyişdirilir.

Bu barədə qərar 18 avqust 2023-cü il tarixində verilib.

Hökumətin yeni qərarına əsasən, avtomobillərin və motosikletlərin daxili tranzit nömrələri 2024-cü il aprelin 1-dən, tranzit nəqliyyat vasitələri üçün isə 2023-cü ilin noyabrın 1-dən dəyişdiriləcək.

 

  • Avtomobilin yeni daxili tranzit nömrəsi üçün nümunə

  • Motosikletin daxili tranzit nömrəsi üçün nümunə

  • Tranzit nömrələr üçün nümunə

 

Məlumat üçün onu da bildirək ki, hazırda daxili tranzit nömrəsi almış şəxslərə verilən müddət qanunvericiliklə müəyyən edilmiş qaydada öz hüquqi qüvvəsini saxlayacaq.