DİQQƏT! Sentyabr ayından bu şəhərlərdə qaydalar pozulduğu halda 100 laridən 3000 lariyədək cərimə…
Sentyabrın 4-dən etibarən yollarda avtomobillərdə atmosferə atılan zərərli maddələrin (qaz və tüstünün) tərkibinə xüsusi qurğularla nəzarət ediləcək.
RealNews.ge xəbər verir ki, bununla bağlı qanun layihəsi iyul ayında Parlamentdə qəbul edilib.
Belə ki, Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına sentyabrın ayının 4-dən etibarən işlənmiş qazlarda zərərli maddələrin normadan artıq olub olmadığını yoxlamaq üçün avtomobilləri saxlamağa icazə verilib. Tərkibində zərərli maddələrin miqdarını aşmağa görə fiziki şəxs 100 lari, hüquqi şəxs isə 500 lari məbləğində cərimələnəcək.
Onu da bildirək ki, təkrar qayda pozuntusuna görə fiziki şəxslər 300 lari, hüquqi şəxslər isə 1500 lari, üçüncü qayda pozuntusuna görə isə fiziki şəxslər üçün 600 lari, hüquqi şəxslər üçün isə 3000 lari məbləğində cərimə ilə cəzalandırılacaqlar.
Xatırladaq ki, ilk mərhələdə qeyd edilən nəzarət tədbirləri Tbilisi, Batumi, Kutaisi və Rustavidə aparılacaq.