Daxili İşlər Naziri Rustavidə bölmə rəisləri ilə görüşüb, tapşırıqlar verib

Daxili İşlər Naziri Vaxtanq Qomelauri Rustavi şəhərində Kvemo Kartli Polis idarəsinin bölmə rəisləri ilə işçi iclas keçirib. İclasda nazirin birinci müavini Şalva Bedoidze də iştirak edib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İclas zamanı Vaxtanq Qomelauriyə cinayətlə mübarizə və profilaktik tədbirlər barədə məlumat verilib.

Bölgədə cinayətlərin sayının azaldığı diqqətə çatdırılıb.

Nazir qurumun prioritet istiqamətlərini əməkdaşlarla müzakirə edib, iş prosesi ilə bağlı onlara müvafiq tapşırıqlar verib.

Qeyd edilib ki, Daxili İşlər Nazirliyi polis əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılmasını davam etdirir.

Nazir səmərəli fəaliyyətinə görə idarənin əməkdaşlarına təşəkkür edib.