Gürcüstanda cərimələnən Azərbaycan vətəndaşları bu yolla…
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Gürcüstana səfər edən Azərbaycan vətəndaşları barədə tətbiq edilmiş inzibati cərimələrin Azərbaycanda elektron xidmətlər vasitəsilə ödənilməsi qaydaları ilə bağlı məlumat yayıb.
RealNews.ge AZƏRTAC-a istinadən xəbər veriri ki, Gürcüstana səfər etmiş Azərbaycan vətəndaşları barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polis Departamenti tərəfindən tətbiq edilmiş inzibati cərimələrin elektron xidmətlər vasitəsilə ödənilməsi mümkündür.
Bu məqsədlə, Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi internet saytı olan https://videos.police.ge/, eləcə də real vaxt rejimində (onlayn) ödəmə imkanı verən https://police.ge/protocol/index.php veb-səhifələrində identikləşdirmə üçün müvafiq rekvizitlər daxil etməklə şəxs barəsində yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq olunmuş inzibati tənbeh tədbirləri haqda məlumatlar əldə edə və inzibati cərimələr üzrə ödəmələr aparıla bilər.