Şarl Mişel: Gürcüstanın namizəd statusu prioritetlərini həyata keçirməsinin vaxtıdır
Gürcüstanın Aİ-dən namizəd statusu əldə etməsi üçün zəruri olan prioritetləri konkret həyata keçirməsinin vaxtıdır.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Nyu-Yorkda Baş nazir İrakli Qaribaşvili ilə görüşdən sonra Tvitter paylaşımında qeyd edib.
“İndi namizəd statusunun kilidini açmaq üçün lazım olan prioritetlərin konkret həyata keçirilmə vaxtıdır”, – Mişel qeyd edib.
O, görüş zamanı Aİ-nin Gürcüstanın üzvlük perspektivinə sadiqliyini vurğuladığını qeyd edib.