Salome Zurabişvili Estoniya Prezidenti ilə görüşüb

Prezident Salome Zurabişvili Estoniyaya səfəri çərçivəsində Tallində bu ölkənin Prezidenti Alar Karis ilə görüşüb.

RealNews.ge xəbər verir ki, bu barədə məlumatı Prezident Administrasiyası  yayıb.

Salome Zurabişvili qeyd edib ki, Estoniyanın sarsılmaz dəstəyi Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir: “Avropa Birliyinə namizəd statusuna gedən bu mühüm yolda prezident Alar Karis ilə mühüm görüş keçirdim. Gürcüstan Estoniyanın çoxdankı dostu və tərəfdaşıdır. Sizin sarsılmaz dəstəyiniz Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir”.

Estoniya prezidenti isə ölkəsinin Avropa İttifaqına gedən yolda Gürcüstanı dəstəklədiyini bildirib: “Gürcüstan prezidenti Salome Zurabişvili ilə gözəl görüş keçirdim. Estoniya Gürcüstanın ərazi bütövlüyünü və Avro-Atlantik inteqrasiyasını dəstəkləməyə qətiyyətlə sadiqdir. Biz Gürcüstanın Avropa Birliyinə gedən yolunda uğurunu dəstəkləyirik!”.