Əzizkənd kəndində tanınmaz halda kişi cəsədi tapılıb

Bir neçə gün öncə itkin düşmüş Marneuli bələdiyyəsinin Hacıisə kənd sakinin, Əzizkənd kəndində ölü tapıldığı ehtimal olunur.

Belə ki, tanınmaz halda olan, əlləri kəsilmiş kişi cəsədi “Cala” deyilən ərazidə çoban tərəfindən aşkar edib.

Məlumata görə bundan bir neçə gün öncə Hacıisə kənd sakini 55 yaşlı Avtandil Əhmədov yoxa çıxıb. Tapılan cəsədin Avtandil Əhmədov olduğu ehtimal olunur.

Hadisə yerinə polis cəlb olunub. Cəsəd ekspertizaya aparılıb.