Səadət Buta Dmanisinin Fəxri vətəndaşı tituluna layiq görülüb

Sazın Sözün Butası təşkilatının sədri, şairə Səadət Buta Dmanisinin Fəxri vətəndaşı tituluna layiq görülüb.

RealNews.ge xəbər verir ki, fəxri ad şairəyə ənənəvi olaraq hər il keçirilən Dmanisoba bayramında Dmanisinin fəxri vətəndaşlarının mükafatlandırılma mərasimində təqdim edilib.

Məlumat üçün bildirək ki, şairə Səadət Buta 1951-ci ildə Dmanisi bələdiyyəsinin Qızılkilsə kəndində anadan olub. 2001-ci ildə 50 illik yubileyi ilə əlaqədar Gürcüstan Respublikası tərəfindən “Şərəf” medalı ilə təltif edilib.