Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub – FOTO
Baş nazir İrakli Qaribaşvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb.
Bu barədə Gürcüstan Hökumət Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə Gürcüstan və Azərbaycan arasında mövcud strateji əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə olunub.
Söhbət zamanı Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub.
Qeyd edək ki, bundan əvvəl M.Cabbarov həmkarı Levan Davitaşvili ilə görüşüb.