Türkiyə və Gürcüstanın parlament sədrləri regiondakı vəziyyəti müzakirə ediblər

Parlament sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.

Bu barədə Gürcüstan Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə hər iki ölkənin parlamentləri arasında əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.

Söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlıq məsələləri də müzakirə olunub, həmçinin müxtəlif sahələrdə əməkdaşlıqdan danışılıb.

Türkiyə və Gürcüstan parlamentlərinin sədrləri Cənubi Qafqaz regionunda baş verən hadisələri müzakirə ediblər. Bu baxımdan parlament diplomatiyasının əhəmiyyətini vurğulayıblar.