İranda Azərbaycan səfirliyinə hücum edən şəxs edam ediləcək

Tehrandakı Azərbaycan səfirliyinə terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə edam olunacaq.

Bu  barədə Azərbaycan Dövlət Televiziyası İran mətbuatına istinadən məlumat yayıb.

Qeyd edək ki, terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb.