Meloni: İtaliya Avropanın enerji təchizatı habına çevrilmək istəyir

İtaliya Avropanın enerji təchizatı habına çevrilmək niyyətindədir.

RealNews.ge xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib.

Baş nazir qeyd edib ki, İtaliyanın Afrika ölkələri ilə birgə hazırladığı “Mattei planı”nın layihəsi parlamentə təqdim olunacaq. Bu plan miqrasiya problemlərinin artdığı bu gərgin dövrdə Afrika ölkələrinə yardım göstərmək və İtaliyanın Aralıq dənizində rolunu bərpa etmək məqsədi daşıyır. İtaliya Avropanın enerji təchizatı habı və Afrika ilə münasibətlərdə ön xətt “oyunçusu” ola bilər.

Afrika qitəsinin resurslar baxımından yoxsul olmadığını bildirən Ciorcia Meloni deyib: “Avropanın enerji təchizatında problem olsa da, Afrika potensial olaraq nəhəng enerji istehsalçısıdır. Fikrimcə, bu iki məsələ birgə səylərlə öz həllini tapa bilər”.