“Qardabnoba 2023” bayramı keçirilib – FOTO

Oktyabrın 4-də Qardabani bələdiyyəsinin mərkəzi parkında təntənəli “Qardabnoba 2023” bayramı keçirilib.

Tədbir çərçivəsində yerli sahibkarların məhsullarının sərgi-satışı, kulinariya ustad dərsləri keçirilib. Eyni zamanda folklor ansambllarının musiqili çıxışları olub.

Tədbirin rəsmi hissəsini “Mravalzamierit” mahnısı ilə “Betaniya” folklor ansamblı açıb. Sonra rəsmi şəxslər çıxış edərək, rayon sakinlərini bayram günü münasibətilə təbrik ediblər.

“Qardabnoba” çərçivəsində ənənəvi olaraq 2023-cü ilin Qardabaninin fəxri vətəndaşlarının adları açıqlanıb. Onlara Qardabani meri Davit Karqareteli, Bələdiyyə sədri Mixeil Gedekhauri, Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili və digər rəsmilər tərəfindən xüsusi sertifikatlar və simvolik hədiyyələr verilib.

Bayram şənliyi möhtəşəm atəşfəşanlıq fonunda “Reggaeon” qrupunun çıxışı ilə başa çatıb.