Baş nazir: “Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir”

Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir.

Bunu Baş nazir İrakli Qaribaşvili Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuata açıqlamasında deyib.

İrakli Qaribaşvili bu ilin aprelində Qəbələyə səfərə və səmimi qəbula görə dövlət başçısına minnətdarlığını bildirib.

“Bizim Azərbaycan Prezidenti ilə çox səmərəli görüşümüz oldu, bir çox məsələləri, o cümlədən enerji, nəqliyyat və logistika sahəsində əməkdaşlığı müzakirə etdik. Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir. Bu il ticarət dövriyyəsi artmaqda davam edir; ötən dövr ərzində artıq 15 faiz artıb”, – İ.Qaribaşvili vurğulayıb.

O, həmçinin ilin sonuna qədər Gürcüstanda dəmir yolu rabitəsinin genişləndirilməsinin başa çatdığını açıqlayıb ki, bu da Bakı-Tbilisi-Qars nəqliyyat marşrutunun imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.