İsraildə HƏMAS-ın hücumu nəticəsində ölənlərin sayı 700-ə yüksəlib

İsraildə Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 700-ə yüksəlib.

RealNews.ge xəbər verir ki, bu barədə “Kan” dövlət teleradioşirkəti məlumat yayıb.

Məlumata görə, hücum zamanı daha 2,2 mindən çox israilli xəsarət alıb.

Daha əvvəl 600 nəfərə yaxın insanın öldüyü, 2 minə yaxın sakinin yaralandığı bildirilirdi. İsrail rəsmiləri bu rəqəmlərin yekun olmadığını, ölənlərin sayının hələ də hesablandığını, onlarla yaralının vəziyyətinin ağır olduğunu, buna görə də qurbanların sayının artacağını bildirir.