Salome Zurabişvilinin impiçmenti gündəlikdən çıxarılıb
Prezident Salome Zurabişvilinin impiçmenti gündəlikdən çıxarılıb.
Bu barədə “Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze IMEDI telekanalına müsahibəsində deyib.
Kobaxidze deyib: “Gələn həftə Zurabişvilinin impiçmenti ilə bağlı bizdə səsvermə olacaq. Bu prosedurların necə getdiyini görəcəyik. Bilirsiniz ki, Salome Zurabişvili radikal müxalifətə ümid edərək konstitusiyanı pozub, ona görə də gələn həftə impiçment səsverməsi keçiriləndə 100 səs toplamaq praktiki olaraq mümkün deyil”.
Məlumat üçün bildirək ki, sentyabrın əvvəlində Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib. Gürcüstan hökuməti səfərlə bağlı razılıq vermədiyi üçün hakim partiya prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb.