Şənbə və bazar günlərinə olan rəsmi valyuta məzənnəsi
16 oktyabr tarixinədək valyuta məzənnəsinə əsasən, Lari – Dollar və manat qarşısında dəyər itirib. Avro, Rubl və TL qarşısında isə dəyər qazanıb.
Bu barədə Milli Bank məlumat yayıb.
Belə ki, həftəsonu 1 ABŞ dollarının satış qiyməti 2.6984 lari olaraq müəyyənləşdirilib, 1 Avronun satış qiyməti isə 2.8393 laridir. 1 Azərbaycan Manatının satış qiyməti 1.5857 lari, 1 Türk Lirasının satış qiyməti isə 0.0971 lari olaraq müəyyənləşib. 100 Rubl isə həftəsonu 2.7741 lariyə bərabər olacaq.