ELAN: Tbilisidə möhtəşəm konsert proqramı keçiriləcək

Oktybarın 19-da Tbilisidə Azərbaycanın Müstəqilliyin Bərpası günü ilə əlaqədar konsert keçiriləcək.

Bu barədə Alyans Gənclər Mərkəzi məlumat yayıb.

“Əziz soydaşlar, Gürcüstanda fəaliyyət göstərən ‘‘ALYANS ‘‘Gənclər Mərkəzinin, Xan Şuşinski Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı, Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müstəqilliyin Bərpası günü ilə əlaqədar keçiriləcək konsertə hər birinizi dəvət edirik!” – deyə məlumatda bildirilib.

Qeyd edək ki, konsert proqramında Azərbaycanın Əməkdar artisti Nərgiz Kərimova (soprano), Əminə Zülfüqarova (fleyta), Nigar Həsənova (piano), Gülsüm Xəlilova (soprano), eləcə də “Ceyran” rəqs ansamblı çıxış edəcək. Konsertə giriş ödənişsizdir.