Qardabanili idmançılardan Türkiyədə möhtəşəm uğur: 12 BİRİNCİ YER

Türkiyədə kikboksinq üzrə beynəlxalq müsabiqə keçirilib.

RealNews.ge xəbər verir ki, Antalyada baş tutan müsabiqədə Azərbaycan, Rusiya, Almaniya, Portuqaliya, eləcə də Gürcüstan və digər ölkələrdən olan idmançılar iştirak ediblər.

Ölkəmizi Qardabani Fight Club 14 idmançı ilə təmsil edib. Onlardan müxtəlif çəki dərəcələri üzrə 12 nəfər birinci yerə layiq görülüb.

Məlumat üçün onu da bildirək ki, Qardabani Fight Club-un məşqçisi Hacı Vəliyevdir. Türkiyədə keçirilən yarışda Gürcüstandan peşəkar məşqçi Namiq Səfərov da iştirak edib.