“QANUN” Hüquqi Yardım Mərkəzi vətəndaşların qəbulunu təşkil edib – FOTO
Saqareco Bələdiyyəsinin Keşəli kəndində “QANUN” Hüquqi Yardım Mərkəzinin rəhbəri vəkil Əli Bədirov, əvvəlcədən qeydiyyatdan keçmiş hüquqi problemləri olan vətəndaşları qəbul edib.
Bu barədə “QANUN” Hüquqi Yardım Mərkəzinim rəhbəri Əli Bədirov məlumat verib.
Qəbul günündə yerli vətəndaşların vətəndaşlıq, torpaq, mülkiyyət, ailə zorakılığı və bu kimi digər problemləri dinlənilib. Onların həlli ilə bağlı lazımi ərizələr və müraciətlər yazılaraq aidiyyatı üzrə dövlət qurumlarına göndərilib.