Borrel Qəzzaya humanitar yardımın göstərilməsi üçün döyüşlərin dayandırılmasını təklif edib

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel humanitar yardımın göstərilməsi üçün Qəzzada döyüşlərin dayandırılmasını təklif edib.

Borrel bu barədə Aİ xarici işlər nazirlərinin görüşündən öncə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bununla bağlı məsələ bu gün müzakirə olunacaq: “Bu, humanitar yardımın bölgəyə çatdırılması və paylanması üçün vacibdir”.