İtalyan mafyasının üzvü Gürcüstanda saxlanıldı
İtaliya mafiyasının beynəlxalq axtarışda olan üzvü Gürcüstanda saxlanılıb.
Bu barədə Baş prokuror İrakli Şotadze jurnalistlərə açıqlamasında deyib. Vurğulayıb ki, İtaliya rəsmiləri sözügedən şəxsin ekstradisiyası üçün müraciət edib və prosedurlar artıq tamamlanıb.
Baş prokuror mafiya üzvünün ən qısa müddətdə İtaliyaya ekstradisiya ediləcəyini qeyd edib. “Biz İtaliya ərazisində fəaliyyət göstərən çox tanınmış bir cinayətkar qrupdan danışırıq. O, italiyalıdır və qırmızı kateqoriyada axtarılırdı”, – deyə Şotadze bildirib.