Azərbaycanın baş naziri Əli Əsədov Gürcüstana işgüzar səfərə gəlib – FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 25-də Gürcüstana işgüzar səfərə gəlib.

Əli Əsədovu Tbilisi beynəlxalq hava limanında Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, eləcə də Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze qarşılayıblar.

Bildirilib ki, hökumət başçısı sabah Tbilisi Beynəlxalq İpək Yolu Forumunda iştirak edəcək.