Qaribaşvili: Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə edilməsində iştirak etməyə hazırıq
Gürcüstan Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə edilməsində iştirak etməyə hazırdır.
Bunu Baş nazir İrakli Qaribaşvili Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.
“Bizim hökumətimiz “Dinc Qonşuluq Təşəbbüsü”nü irəli sürüb. Biz qonşularımız və dost ölkələr olan Azərbaycan və Ermənistanla nəhayət, Cənubi Qafqaza dayanıqlı sülh gətirmək istiqamətində birgə iştiraka hazırıq. Bu gün hər iki həmkarımı – Baş nazir Paşinyanı və Baş nazir Əli Əsədovu qonaq etdiyimə görə çox şadam. Dayanıqlı sülhün bizim ölkələrimizə, bütün regiona faydaları olacaq və xalqlarımıza layiq olduğu sülhü gətirəcək”, – Qaribaşvili bildirib.