1 milyard larilik layihənin icrasına başlanılıb

Hökumət 1 milyard lari vəsaitin xərclənəcəyi 1000-ə qədər məktəbin bərpası və tikintisini nəzərdə tutan layihənin icrasına başlayıb.

Bu barədə Baş nazir İrakli Qaribaşvili Milli Müəllim Mükafatının təqdimetmə mərasimində deyib.

“Bilirsiniz ki, biz ümumilikdə təhsil sistemində kifayət qədər böyük işlər görmüşük, amma hesab edirəm ki, bu yetərli deyil. Xatırlatmaq istərdim ki, keçən il mənim qərarımla biz 1000-ə yaxın məktəbin bərpasını və tikintisini nəzərdə tutan və bir milyard larinin xərclənəcəyi irimiqyaslı layihənin icrasına başladıq. Proses başlayıb və artıq 400-ə yaxın məktəb seçilib, iş gedir. 1000 uşaq bağçasının da təmir-bərpa işlərinə başlanılıb. Bu layihəyə 1 milyard lari xərclənəcək”,- deyə Hökumət başçısı qeyd edib.