Səhiyyə nazirindən açıqlama: Stomatoloji kliniklar üçün yeni…
2024-cü il yanvarın 1-dən stomatoloji klinikalar üçün yeni standartlar qüvvəyə minəcək.
Bu barədə Səhiyyə naziri Zurab Azaraşvili hökumətin iclasından sonra keçirdiyi brifinqdə bildirib.
Nazir qeyd edib ki, tələblərə cavab verməyən klinikalar fəaliyyətlərini dayandırmalı olacaqlar. Belə ki, yeni qaydalara əsasən, stomatoloji müəssisələr üçün infeksiyaların qarşısının alınması, mübarizə, sterilizasiya-dezinfeksiya və tibbi tullantıların idarə edilməsi üzrə zəruri meyarlar yenilənib, dəqiqləşdirilib və daha ətraflı yazılıb. Artıq prosesi daha yaxşı idarə etmək üçün müəssisədə infeksiyaya nəzarət üçün məsul şəxsin təyin edilməsi məcburi olacaq.
Stomatoloji müəssisə altı ayda bir dəfə olmaqla işçilərin hepatit B-yə qarşı profilaktik immunizasiyasını və hepatit C-yə qarşı skrininqini təmin etməyə məcbur olacaqlar.
Dəyişikliklərlə müəyyən edilən tələblər 2024-cü ilin yanvarından mövcud stomatoloji kabinetlər və klinikalar üçün məcburi olacaq. Yeni müəssisələr isə yalnız bu standartlara cavab verdikdə fəaliyyətə başlaya biləcəklər.