Samxaradze: Tbilisinin böyük sülh müqaviləsinin imzalanacağı yer olmasını istəyirik

Gürcüstan 3+3 formatında iştirak etməyərək Qafqazdaxili məsələlərin həllində iştirakını dayandırmayıb.

Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ölkənin ictimai telekanalının efirində belə deyib.

“Əksinə, biz Tbilisinin (Azərbaycan və Ermənistan arasında – red.) böyük sülh müqaviləsinin imzalanacağı yer olmasını istəyirik”, – deyə Nikoloz Samxaradze əlavə edib.