Marneulidə 14 yaşlı qızını evlənməyə məcbur edən ana saxlanılıb
Marneuli rayonunda 14 yaşlı qızını evliliyə məcbur edən ana saxlanılıb.
Bu barədə Gürcüstanın Baş prokurorluğunun məlumatında bildirilib.
Qurumun bəyanatında qeyd olunub ki, azyaşlı anası tərəfindən ailənin seçdiyi şəxslə evlənməsi üçün təzyiqə məruz qalıb. Lakin, yeniyetmə təzyiqlərdən yaxa qurtarmaq məqsədilə evdən qaçıb.
Faktla əlaqədar yeniyetmənin anasına qarşı Gürcüstan Cinayət məcəlləsinin ailə üzvü tərəfindən evlənməyə məcbur edilməni nəzərdə tutan maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə, polis oktyabrın 31-də azyaşlının anasını saxlayıb.
Prokurorluğun anaya qarşı həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyi bildirilib.