Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətmiş erməni terrorçunun verdiyi məlumatlar araşdırılır – VİDEO
Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətmiş erməni terrorçu Raşid Beqlaryanın verdiyi məlumatlar araşdırılır.
Bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olmuş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddətdə törədilmiş terrorçuluq, sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə bağlı kompleks araşdırmalar aparılır.