Bütün Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyx seçkisi ilə bağlı İdarənin Ali Dini Şurasının iclası keçirilib.

RealNews.ge xəbər verir ki, iclas zamanı əvvəlcədən də elan edildiyi kimi, GMİ-nin şeyx namizədlərinin səsvermə prosesi baş tutub.

Ali Dini Şuranın səs çoxluğu ilə, uzun illər Gürcüstanda bir sıra dini və ictimai xidmətləri olan Hacı Faiq Nəbiyev, Bütün Gürcüstan Müsəlmanları İdarəsinə 5 il müddətliyinə şeyx seçilib.

Səsvermə bölgələri təmsil edən 21 nəfər rühanidən ibarət Ali Dini Şuranın üzvlərinin 8 noyabr tarixində irəli sürdüyü Alulbeytin Gürcüstan üzrə rəhbəri Hacı Faiq Nəbiyev, tanınmış din xadimi Hacı Qurban Murquzov və İdarənin əməkdaşı Kərbəlayi Vidadi Qurbanov arasında keçirilib.