İyulun 1-dən bu şəxsiyyət vəsiqələri ləğv ediləcək

2024-cü il iyulun 1-dən Gürcüstan vətəndaşlarının 2011-ci il iyulun 28-dək verilmiş qeyri-elektron (laminatlaşdırılmış) şəxsiyyət vəsiqələri ləğv ediləcək.

Bununla bağlı hazırlanan qanun layihəsi dekabrın 4-də Parlamentin Bürosuna təqdim olunacaq. Layihəyə əsasən, qeyd olunan şəxsiyyət vəsiqələrinin sahiblərinə yeni şəxsiyyət vəsiqələri təqdim olunacaq.

Qeyd edək ki, Parlamentdə laminatlı şəxsiyyət vəsiqəsi ilə seçicinin seçkilərdə səsvermə hüququnun saxlanılması müzakirə olunacaq.