Yuxarı Oruzman kəndində 17 yaşlı yeniyetmə sevdiyi qızın atasını bıçaqlayıb

Dmanisi bələdiyyəsinin Yuxarı Oruzman kəndində 17 yaşlı yeniyetmə sevdiyi qızın atasını bıçaqlayıb.

Məlumata görə hadisə ötən gün baş verib.

Belə ki, zərərçəkən şəxs öz qızının sözügedən yeniyetmə ilə evlənməsinə razı olmadıqdan sonra, gərginlik yaşanıb.

Əldə olunan məlumata əsasən, 65 yaşlarında olan kişi boyun və qarın nahiyəsindən bıçaq zərbələri alıb. Yaralı təcili tibbi yardım vasitəsi ilə klinikaya çatdırılıb. Onum həyatı üçün təhlükənin olmadığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Yeniyetmə artıq polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.