Yanvarın 1-dən bu avtomobillərin Gürcüstana gətirilməsi qadağan ediləcək

2024-cü il yanvarın 1-dən Gürcüstana 2013-cü il də daxil olmaqla istehsal olunan yüngül avtomobillərin idxalı məhdudlaşdırılacaq.

Bu barədə baş nazir İrakli Qaribaşvili bildirib.

“Biz ölkədə avtomobillər üçün Avro 5 standartını tətbiq etmək qərarına gəldik. Təcrübədə bu, 2013-cü ildən əvvəl istehsal olunan avtomobillərin idxalının məhdudlaşdırılacağı deməkdir. Daha konkret izah etmək istərdim ki, qeyd olunan tarixlərdən etibarən “Avro 5” standartına uyğun olmayan avtomobil ölkədə dövlət qeydiyyatına alına bilməz. Təbii ki, qəbul edilən qərar ölkədə mövcud avtomobillərə, reeksport və tranzit məqsədilə daxil olan avtomobillərə şamil edilməyəcək”, – baş nazir iyunun 12-də bildirib.