Quram Quramişvili: Heydər Əliyev regionda həyata keçirilən irimiqyaslı layihələrin müəllifidir
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünyaşöhrətli siyasətçidir. Məhz bu dahi insanın gərgin əməyi və ciddi səyi nəticəsində ölkələrimiz arasında əlaqələr yeni müstəvidə inkişaf edib və daha da möhkəmlənib.
RealNews.ge xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Quram Quramişvili söyləyib.
Nazir müavini deyib: “Heydər Əliyev xalqlarımız arasında dostluğun banisidir. Dahi şəxsiyyət Heydər Əliyev regionda həyata keçirilən irimiqyaslı layihələrin müəllifidir. Məhz onun uzaqgörən siyasəti nəticəsində regionda həyata keçirilən irimiqyaslı layihələr bölgədə sabitliyin, enerji təhlükəsizliyinin əsasını qoyub. Heydər Əliyev gürcü xalqının da yaxın dostudur. Gürcü xalqı onun xatirəsini daim yaşadacaq”.