Gələn ildən elektrik enerjisinin tarifi aşağı düşəcək

Yanvarın 1-dən bütün ölkə ərazisində elektrik enerjisinin tarifi 3 tetri aşağı salınacaq.

Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası cari sessiyada Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının 4 dekabr 2008-ci il tarixli 33 nömrəli “Elektrik enerjisi haqqında” qərarında ediləcək dəyişiklikləri dəstəkləyib.

Semek-in sədri Davit Narmaniyanın sözlərinə görə, tarifin aşağı salınmasının həm hüquqi, həm də iqtisadi əsasları var.