NASA və Microsoft Yer kürəsi üçün süni intellektə əsaslanan chatbot hazırlayır

NASA və Microsoft birgə əməkdaşlıqla Yer kürəsi haqqında elmi məlumatlara çıxışı asanlaşdırmaq məqsədilə süni intellektə əsaslanan chatbot hazırlayır. Yeni alət Earth Copilot adlanır və planetimizlə bağlı müxtəlif suallara cavab vermək qabiliyyətinə malik olacaq.

Layihə çərçivəsində NASA süni intellekti öz məlumat bazasına qoşacaq, bu da Earth Copilot-a geniş elmi məlumatları emal edərək istifadəçilərə cavab vermək imkanı yaradacaq.

Hal-hazırda chatbot yalnız NASA alimləri üçün əlçatandır və test mərhələsindədir. Gələcəkdə onun NASA-nın vizuallaşdırma, araşdırma və məlumatların analizi (VEDA) platformasına inteqrasiya edilməsi nəzərdə tutulur. VEDA artıq NASA-nın bəzi məlumatlarını təqdim edir və Earth Copilot-un əlavə edilməsi ilə istifadəçi təcrübəsi daha da genişlənəcək.

Bizi WhatsApp – da izləyin.