Gecə boyu davam edən aksiya zamanı 100-dən çox etirazçı saxlanılıb – RƏSMİ
“Gecə boyu aksiya iştirakçıları polislərə həm şifahi, həm də fiziki olaraq qarşı durublar. Rustaveli prospektində olan şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar, daşlar, pirotexnika, şüşə butulkalar və dəmir əşyalar atıblar.”
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Aksiya iştirakçılarının zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 10 əməkdaşı yaralanıb. Hazırda bədəninin müxtəlif nahiyələrində yanıq xəsarətləri olan bir polis əməkdaşı hələ də tibb müəssisəsində qalır.
Aksiya iştirakçılarının zorakı və qanunsuz əməlləri cəmiyyətə müxtəlif televiziya kanallarında açıq şəkildə nümayiş etdirilib. Dəfələrlə edilmiş çağırışlara baxmayaraq, toplaşan şəxslər qanunvericilik orqanının yaxınlığında Tbilisi bələdiyyəsinin və ya özəl şəxslərin infrastrukturuna ziyan vurublar, parlamentin mühafizə baryerini dağıdıblar, müxtəlif əşyalar və kabelləri yandırıblar, barrikadalar qurublar, parlamentin giriş qapısını və videomüşahidə kameralarını zədələyiblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları, ictimai asayişi bərpa etmək məqsədilə qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə ediblər.
Polis əməkdaşlarının qanuni tələbinə tabe olmama və xırda xuliqanlıq səbəbindən inzibati xətalar məcəlləsinin 166-cı və 173-cü maddələrinə əsasən 107 nəfər saxlanılıb.” – deyə bildirilib.
Bizi WhatsApp – da izləyin.