Yağmursuz hava şəraiti bu tarixədək davam edəcək – PROQNOZ
Dekabr ayının 10-dək Gürcüstanda əsasən yağmursuz hava şəraiti hökm sürəcək.
Bu barədə Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda bildirilib.
Belə ki, Qərbi Gürcüstanda gündüz saatlarında havanın temperaturu +15, +20 dərəcəyədək yüksələcək, şərq küləyi əsəcək. Paytaxt Tbilisidə də yağmursuz hava gözlənilir. Gün ərzində havanın temperaturu +8, +10 dərəcə təşkil edəcək.
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tsxinvalidə əsasən yağmursuz hava olacaq. Günorta saatlarında havanın temperaturu +5, +10 dərəcə təşkil edəcək.
Bizi WhatsApp – da izləyin.