DƏHŞƏTLİ HADİSƏ: Türkiyə vətəndaşları Gürcüstanda qətlə yetirildi

Xelvaçauri bələdiyyəsində 4 nəfər Türkiyə vətəndaşı qətlə yetirilib.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Belə ki, hadisə qarşılıqlı münaqişə zəmində baş verib. Mübahisənin biznes məsələləri ilə bağlı olduğu ehtimal edilir. Əldə olan məlumata görə, Türkiyə vətəndaşları Xelvaçauridə kirayədə yaşayıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində iki və ya daha çox şəxsi ağırlaşdırılmış şəraitdə qəsdən adam öldürmə ittihamı ilə iki xarici ölkə vətəndaşı həbs olunub.

Bizi WhatsApp – da izləyin.