Putinin sərəncamına əsasən bu şəxslərə Rusiya vətəndaşlığı veriləcək

Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlayan xarici ölkə vətəndaşlarına Rusiya vətəndaşlığı veriləcək.

Bununla bağlı Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb. Sənədə əsasən, Ukraynaya qarşı müharibə zamanı Rusiya silahlı qüvvələrinə qoşulacaq xarici ölkələrin vətəndaşları Rusiya vətəndaşlığını ala biləcəklər. Onların ailə üzvlərinin də Rusiya vətəndaşlığı almaq hüququ olacaq.

Qeyd olunub ki, vətəndaşlıq almaq üçün Rusiya Müdafiə Nazirliyi ilə ən azı bir il müddətinə müqavilə imzalanmalıdır.