Azərbaycandan Gürcüstana qanunsuz olaraq keçmək istəyən şəxs saxlanılıb – VİDEO

Azərbaycanın Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşı 1999-cu il təvəllüdlü Süleyman Javed Masıh saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən əlumata görə, araşdırma zamanı saxlanılan şəxsin Azərbaycana ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.